Müharibə veteranı güzəşt sənədini sonradan işəgötürənə təqdim edərsə....
Ötən dövrlərdə ona hesablanan gəlir vergisi geri qaytarılmalıdır?
Sual: Mən Aztelekom İB bağban işləyirəm özüm də Qarabağ müharibəsi veteranıyam. Veteranlara verilən imtiyazlardan xəbərim yox idi. Bunun üçün işlədiyim idarəyə heç bir sənəd təqdim etməmişəm və məndən Vergi Məcəlləsinə uyğun gəlir vergisi tutulub. Sənəd təqdim etdikdən sonra qanunla mənə neçə aylıq tutulmuş gəlir vergisini qaytara bilərlər ?
Cəfərov Azad
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirlərinin 400 manatı gəlir vergisindən azad olunur.
Qeyd olunan güzəşt “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən müharibə veteranı sayılan və həmin Qanunun 7-ci maddəsinə müvafiq olaraq veteran statusunu təsdiqləyən “Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəni almış şəxslərə, o cümlədən Qarabağ müharibəsinin veteranlarına şamil olunur.
Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən isə qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı almış şəxslərə verilən güzəşt hüququ Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində həyata keçirilir.
Göründüyü kimi, müharibə veteranların muzdlu işdən əldə edilən gəlirlərinə gəlir vergisi üzrə verilən güzəşt hüququ müvafiq sənədlər onun tərəfindən əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edildiyi andan yaranır.
Onun üçün də güzəşt hüququnu verən müvafiq sənədlər əsas iş yerinizə təqdim edilən ana kimi həmin güzəştlər tətbiq edilmir, artıq hesablanaraq tutulmuş gəlir vergisi isə geri qaytarılmır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
17 Komment
Vuqar Humbeteliyev 13 Fevral 2020
Salam Bu qərar deyirlər ləğv olunub.2018 də.deqiq məlumatdır?
Aytac Agasiyeva 11 Noyabr 2020
Salam menim nusanlim 2ci Qarabag muharibesin istirakcisindir,21.09.2020 ci il tarixinden muharibde istirak,hec bir dovlet qurumunda islemir ona nece imtiyazlar olunacaq haqda melumat vere biersiz,adina hec bir mal,mulkde yoxdur.
Űlvi Aģayev 19 Noyabr 2020
Salam.Muharibe veteranlarina/Qarabag/emek fealiyyetinde /resmi is yerinde/hansi gűzestler nezerde tutulub?Mezuniyyet,emek haqqindan tutulmalar,is saatlari ile bagli melumat vererdiniz..
Aytac Agasiyeva 25 Noyabr 2020
Menim nisanlim 2ci Qarabag doyuslerinde istirak edib ve cox sukur sag salamtdi onlara ne cur imtiyazar olacaq haqda mene melumat vere bilersiz
Rufet 08 Yanvar 2021
Salam Men ozum 2ci Qarabag doyuslerinde istirak elemisem Xocavənd rayonu azadligi uğrunda geden doyuslerde yaralanmisam Bel nahiyesinden Orta kut Travma almisam Ali bas Komandirim Cenab Prezidentiim meni Xocavənd rayonu azadligi uğrunda medali ilə təltif edib .bunu ucun Men hansi guzesler ola biler Evvelceden twk edirem .
Musayev Seydəhməd 05 Mart 2021
Salam men ikinci Qarabağ Müharibesi iştirakçısıyam Fizuli Rayonu Şuşa Şeheri ve Veten müharibesi iştirakçısı medalları ile tertif olunmuşam Atam Birici Qarabağ Müharibesi Qazisidi 2ci Qrup Ailemde Hec kes İşlemir İşe Ehtiyacım Atestatım Sürücülük vesiqem var Hara Muraciyyet Eliye Bilerem Xahiş eliyirem mene bir yol gösteresiniz
[email protected] 04 Avqust 2021
Salam men Ağazade Seymur hacı oqlu Astara rayonu ikinci Qarabaq isdirakcisi isdirak etmişem ve yaralanmiwam neter vetraniq ala bilerem?
Vusal 10 Sentyabr 2021
Men muharibede istirak etmisem mene hec veteranliq verilmeyib hec niye bes bizler is zad verilmir
Səlim 09 Dekabr 2021
Salam men ikinci Qarabağ müharibesi iştirakçısıyam özümde Azersuda işleyirem men bilmek isteyirem ki bize Mezuniyyet müharibe iştirakçısı olduğumuza göre artıq verilirmi men bilen 45 günden az olmayaraq verilir.
Ilqar [email protected] 24 Yanvar 2022
Mən 1 ci Qarabağ mubarizə veteranıyam,həyat yoldaşım dövlət qulluqçusudur.Onun gəlir vergisində güzəşti varmı,əyər varsa necə hesablanır və hansı sənəd təqdim etmək lazımdır?.Təşəkkür
Eminova Sona Hacı qızı 22 Fevral 2022
Salam. Bilmək istəyirəm ki, mənim həyat yoldaşım I Qarabağ müharibəsi veteranıdır. Hal-hazırda isə təqaüddədir, heç bir yerdə işləmir. Mən isə hal-hazırda dövlət müəssisəsində çalışıram.Xahiş edirəm Ki, mənə məlumat verəsiniz ki, veteranlar üçün olan vergi güzəştləri həyat yoldaşı kimi mənə aid edilirmi?
Elsun 26 Mart 2022
İşsizlik bağlı müraciət edirəm
İsaq Ağayev 30 Mart 2022
Salam. 2 ci Qarabag muharibesi istirakcisiyam. Bilmek istiyiremki is yerinde gelir vergisinden azad olmaq uchun.Güzəşt hüququnu verən müvafiq sənədlər hansilardir?? Komeklik gostererdiniz
Əbil Hüseynov 20 İyul 2022
Salam.Mən özəl şirkətdə çalışıram.2-ci qarabağ veteranıyam.Mənə avqust ayının axırına qədər vaxt vriblərki işdən çıxım.İşdən çıxarkən rasçot deyilən bir şey var mənə təqdim edilməlidir? Əbil Hüseynov Böyükxan oğlu.
İntizar 11 Yanvar 2023
Oglum Kerimli Rufət intizar oglu 2 Qarabag veteranidir və hal-hazirda hərbi Hava Quvvelerinde xidmet aparir. Mənə islediyim ADY QSC Ogluma gorə mevacime gəlir vergisinə gorə guzest olunmalidir ya guzest dusmur?
Perviz ceferov 23 Yanvar 2023
Salam men muharıbe veteranıyam 2 ıldı esgerden texrıs olmusam hec bır yerde ıse goturulme yoxdu ısızem xays edırem menı bır ısle temın edın
Sərxan 01 Fevral 2023
Salam mən Rəcəbov Serxan Bayram oğlu özüm hərbiçi olmuşam 5il bu müddətdə aprel döyüşlərində iştirak etmişəm və hərbi biletimdede var veteranliq baresinde amma vəsiqəni ala bilmirəm xaiş edirəm bu barədə mənə köməklik edərdiniz
Şərh yazın