Kameral vergi yoxlamalar ilə bağlı AKTUAL SUALın cavabı

Kameral vergi yoxlamalar ilə bağlı AKTUAL SUALın cavabı

 Belə ki, vergi ödəyicisinə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi barədə məktub göndərildikdən sonra neçə gün sonra və Vergi Məcəlləsinin hansı maddəsinə əsasən kameral vergi yoxlaması ilə əlavə vergilər hesablanır?

Sual: Salam. Sualım kameral vergi yoxlaması ilə əlaqədardır. Belə ki, vergi ödəyicisinə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi barədə məktub göndərildikdən sonra neçə gün sonra və Vergi Məcəlləsinin hansı maddəsinə əsasən kameral vergi yoxlaması ilə əlavə vergilər hesablanır. Nəzərinizə çatdırım ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsində göstərilən 5 gün hesablama barədə qərardan söhbət edir, məktubdan yox. Xahiş edirəm bu barədə konkret maddəni və konkret cümləni göstərəsiniz. Əvvəlcədən təşəkkürlər.
İdris Vəliyev

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin (bundan sonra - VM) 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
VM-nin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.
Eyni zamanda, VM-nin 16.1.6-cı maddəsinə əsasən VM ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.
Göründüyü kimi, kameral vergi yoxlaması aparılması üçün vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Bu halda məlumat, sənəd və izahatın vergi orqanı tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməsi vergi ödəyicisinin vəzifəsidir. Belə ki, VM-nin 20.2-ci maddəsinin 2-ci abzasına əsasən vergi orqanları tərəfindən onların səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.
Bundan əlavə kameral vergi yoxlamasınn keçirilmə müddəti VM-nin 37.2-ci maddəsində öz əksini tapmışdır. Həmin maddədə qeyd edilmişdir ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Belə ki, vergi ödəyicisi yuxarıda qeyd edilən sənədləri təqdim etdiyi gündən 30 gün müddətində vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilə bilər.
Vergi ödəyicisi VM-nin 16.1.6-cı və 37.3-cü maddələrində qeyd edilən vəzifələri icra etməzsə vergi orqanının vergiləri VM-nin 67-ci maddəsinə müvafiq olaraq hesablamaq hüququ vardır .Belə ki, VM-nin 37.4-cü maddəsinin 2-ci abzasına əsasən kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.
Həmçinin qeyd edək ki, VM-nin 37.4-cü maddəsinin tələblərinə əsasən, kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı vergiləri hesablayır və vergi ödəyicisinə 5 gün müddətində vergilərin hesablanmasına qərarı göndərir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər