Möhürdən istifadə qaydaları ilə bağlı maraqlı açıqlama

Möhürdən istifadə qaydaları ilə bağlı maraqlı açıqlama

 Bilmək istəyirəm ki, fiziki şəxs möhür ala bilərmi? Əgər ala bilərsə bu möhürdə fəaliyyət göstərdiyi obyektin adını qeyd etdirmək olar? Ümumiyyətcə möhür alınması üçün kimdən? Hardan? İcazə alınmalıdır?

Sual: Salam. Mən fiziki şəxsəm, çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlə məşğulam, sadələşmiş vergi ödəyicisiyəm. Bilmək istəyirəm ki, fiziki şəxs möhür ala bilərmi? Əgər ala bilərsə bu möhürdə fəaliyyət göstərdiyi obyektin adını qeyd etdirmək olar? Ümumiyyətcə möhür alınması üçün kimdən? Hardan? İcazə alınmalıdır? Bunu elektron formada etmək olar? Təşəkkür edirəm.
Emin Primov

Cavab: Bildiririk ki, vergi orqanlarına təqdim olunan ərizə, bəyannamə və s. sənədlər hüquqi şəxs olan vergi ödəyicisinin səlahiyyətli təmsilçisinin imzası və möhürlə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə təqdim olunmalıdır.
Göründüyü kimi, fiziki şəxs olan vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ərizə, bəyannamə və sair sənədlər üçün imzası ilə təsdiq edilməsi yetərlidir.
Lakin onu da nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli, 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” barədə 2 nömrəli Əlavənin 29-cu bəndinə əsasən müxtəlif növ möhürlərin və ştampların hazırlanması fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aid edilmişdir və bu barədə xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilir.
Qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat almaq üçün müxtəlif növ möhürlərin və ştampların hazırlanması fəaliyyəti üzrə xüsusi razılığı (lisenziyası) olan sahibkarlara müraciət etməyiniz məqsədəmüvafiqdir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

1 Komment

  1. Ramiz 17 Oktyabr 2018

    fiziki şəxs möhür sifariş edə bilər?

Şərh yazın

Xəbərlər