Vergilər Nazirliyinə əmək haqqından gəlir vergisi ilə bağlı aqressiv sual

Vergilər Nazirliyinə əmək haqqından gəlir vergisi ilə bağlı aqressiv sual

Əgər mənim əsgərimi kazarmada bit yeyirsə, hansısa icra hakimi dövlət büdcəsindən gələn ayırmanı ambıldadırsa və bunun yerini rayonun yerli sahibkarlarının hesabına doldurursa, yazıq sahibkarlar qorxusundan rayonu təmir edirsə, hələ də bazarda ayaqyalın, yarı tox insanlar varsa. Bəs mənim 14%-im hara gedir. Sualıma düzgün və hərtərəfli cavabda yazmasanız bunu respublikanın bütün vətəndaşlarına hörmətsizlik kimi qəbul edəcəyəm...

Sual: Salam. Bir neçə gün əvvəl, mən sual verdim ki, 14 % gəlir vergisinin mahiyyəti tam olaraq nədir? Siz isə mənə tarixi Nadirdən dəm vurub, müasir dövlətləri örnək göstərirsiniz. (Bizim qonşuda 10 nəfər al-verçi var indi bizdə al-ver edək.) Mənim deməyim odur ki, mən niyə ayda 14 % vergini ödəməliyəm? Əgər mənim əsgərimi kazarmada bit yeyirsə, hansısa icra hakimi dövlət büdcəsindən gələn ayırmanı ambıldadırsa və bunun yerini rayonun yerli sahibkarlarının hesabına doldurursa, yazıq sahibkarlar qorxusundan rayonu təmir edirsə, hələ də bazarda ayaqyalın, yarı tox insanlar varsa. Bəs mənim 14%-im hara gedir. Sualıma düzgün və hərtərəfli cavabda yazmasanız bunu respublikanın bütün vətəndaşlarına hörmətsizlik kimi qəbul edəcəyəm.
İmdad Mədətov

Cavab: Bildiririk ki, eyni məzmunlu sorğunuz 07.06.2013-cü il tarixdə müvafiq qaydada cavablandırılmışdır.
Qeyd olunanlardan əlavə olaraq bildiririk ki, Sizi maraqlandıran gəlir vergisi Azərbaycanda mövcud olan vergi növlərindən biridir və əvvəl verilən cavabda qeyd olunanlar gəlir vergisinə də aid edilir.
Gəlir vergisinin Sizin tərəfinizdən hansı əsaslara görə ödənilməsinə gəldikdə bildiririk ki, Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur, Vergi Məcəlləsinin 77.3-cü maddəsində isə vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan (yəni gəlirin əldə etdiyi andan) vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehliyi göstərilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər