Məzuniyyətə üstəlik verilən müalicə haqqı hansı halda gəlir vergisindən azaddır?
“Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-ci il tarixli 948 №–-li Fərmanına əsasən 2003-cü il 1 yanvar tarixindən növbəti məzuniyyətə çıxan dövlət qulluqçusuna bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin gəlir vergisi necə hesablanır?
Sual: Dövlət qulluqçularına məzunuyyətlə birlikdə verilən oklad vəzifə maaşı qədər olan "müalicə pulu" deyilən maddi yardımdan gəlir vergisi tutulurmu?
Aqil Xəlilov
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən təqvim ili ərzində alınan hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
Göründüyü kimi, ödənilmiş maddi yardım muzdlu işlə əlaqədar alınan maddi yardım kimi gəlir vergisinə cəlb olunur, lakin təsdiqedici sənədlər olduqda bu yardım Vergi Məcəlləsinin 102.1.3-cü maddəsində göstərilən hədlərdə və müvafiq məqsədlərə verildikdə gəlir vergisindən azad oluna bilər.
Eyni zamanda bildiririk ki, “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-ci il tarixli 948 №–-li Fərmanına əsasən 2003-cü il 1 yanvar tarixindən növbəti məzuniyyətə çıxan dövlət qulluqçusuna bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət dövlət müavinəti kimi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azad edilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın