APRELDƏ acdığı VÖEN-i İYUNDA bağlamaq istəyən oxucunun sualı
Bilmək istəyirəm ki, bəyannaməni necə verməyim daha doğru olar? Əvvəl II-rüb Cari və sonra Ləğv və ya birbaşa Ləğv bəyannaməsi vermək daha dogru olar? Bəyannamənin Əlavə 1-in hansi punktlarinda dovriyyələr "0" göstərilməlidir?
Sual: Salam. Mən Ulubəyova Amirə Mufal qızı 10.04.2013-cü il tarixində VÖEN-1601825052 açdırmışam və heç bir fəaliyyətim olmadığından 06.06.2013-cü il tarixində VÖEN-i tamam ləğv etdirmək məqsədi ilə xüsusi ərizə formasını doldurmuşam. Bilmək istəyirəm ki, bəyannaməni necə verməyim daha doğru olar? Əvvəl II-rüb Cari və sonra Ləğv və ya birbaşa Ləğv bəyannaməsi vermək daha dogru olar? Bəyannamənin Əlavə 1-in hansi punktlarinda dovriyyələr "0" göstərilməlidir? Öncədən minnatdarlığımı bildirirəm.
Ulubəyova Amirə
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 221.3-cü maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.
Onu da qeyd edək ki, 4-cü rüb və ləğv olmaya dair “Sadələşdirilmiş verginin bəyannaməsi” Əlavə ilə birlikdə təqdim olunur.
Belə ki, müəssisə ləğv olunduqda və ya bu tədiyyə üzrə fəaliyyətini dayandırdıqda «Ləğv olunma» xanasında «X» işarəsi qoyulur. «Ləğv olunma» xanasında «X» işarəsi qoyulduqda həmin ifadənin qarşısındakı xanalarda (hər xanada bir rəqəmlə) vergi ödəyicisinin ləğv olunduğu və ya bu tədiyyə üzrə fəaliyyətinin dayandırdığı tarix göstərilməlidir.
Göstərilənlərə əsasən, sorğunuzda qeyd olunan halda hesabat dövrü sayılan müddətin əvvəlindən fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövr üzrə (10.04.2013-cü ildən 06.06.2013cü il tarixə kimi) 20.07.2013-cü ildən gec olmayaraq ləğvolunma bəyannaməsi və müvafiq Əlavə vergi orqanına təqdim olunmalıdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın