Vergilər Nazirliyinə minimum əmək haqqı ilə bağlı AKTUAL sual
Günay xanım bu məsələ bağlı sualını belə yekunlaşdırdı: "Niyə hə, niyə yox?".
Sual: Yarımştat işçiyə minimum əmək haqqından aşağı əmək haqqı vermək olar? Niyə hə, niyə yox?
Günay Abbasova
Cavab: Bildiririk ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin müddəalarına uyğun olaraq aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
Digər tərəfdən, Əmək Məcəlləsinin 94-cü maddəsində əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilməsi, Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın müəyyən olunması, Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməsi bildirilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın