Hüquqi şəxsin filialı mənfəət vergisi ödəyicisi ola bilər?

Hüquqi şəxsin filialı mənfəət vergisi ödəyicisi ola bilər?

103.3-cü maddəsinin izahı

Sual: 103.3-cü maddəsinin izahını vermənizi xahiş edirəm. Hüquqi şəxsin filialı mənfəət vergisinin ödəyicisidirmi?
Rauf Həsənov

Cavab: Məlumunuz olduğu kimi, Vergi Məcəlləsinin 103-cü maddəsi mənfəət vergisinin ödəyicilərini müəyyən edir. Vergi Məcəlləsinin 103.3-cü maddəsi isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri mənfəət vergisinin ödəyicisi olmadığını bildirir və mənfəət vergisinin həmin hüquqi şəxslər tərəfindən mərkəzləşdirilmiş qaydada hesablanmalı olduğuna dəlalət edir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər