ƏDV-lə edilən yeni dəyişiklə bağlı maraqlı sual

ƏDV-lə edilən yeni dəyişiklə bağlı maraqlı sual

120 000 manatdan çox müqavilə aparılmasının ƏDV ilə bağlığı

Sual: Məlumat üçün bildiririk ki, sadələşdirilmiş verginin ödəyicisi olan müəssisə bir alıcı ilə müqavilə üzrə aprel ayında 29 000 (iyirmi doqquz min) manatlıq, digər alıcı ilə müqavilə üzrə may ayında 121 000 (bir yüz iyirmi bir min) manatlıq alqı-satqı əməliyyatları aparılmışdır. Hesabat dövrü üçün müəssisə sadələşdirilmiş verginin bəyannaməsini verəcək və müvafiq vergini ödəyəcəkdir. Sual:
Müəssisə yuxarıda qeyd olunmuş əməliyyatlar üzrə ƏDV-ni ödəməlidirmi və ƏDV qeydiyyatına necə durmalıdır?
Elnur Çələbiyev

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olan şəxslər (idman mərc oyunlarının operatoru və satıcıları olan, habelə avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 120.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün məcbur qeydiyyat ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan artıq olduqda növbəti ayın birinci günündə, bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 120.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək qüvvəyə minir.
Sorğunuzda sözügedən may ayındakı müqavilə üzrə əməliyyatın ümumi dəyəri 120.000 manatdan artıq olduğu üçün bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək vergi orqanına ƏDV məqsədləri üçün qeydiyyatına dair ərizə verilməlidir ki, bu halda artıq aparılacaq həmin əməliyyat ƏDV-yə cəlb olunmalıdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər