Məşhur 111 saylı qərarı indi hansı qərar əvəz edir?
"Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında əsasnamə"yə əsasən maya dəyərinə daxil edilən xərclər məsələsi indi necə tənzimlənir?
Sual: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16 avqust tarixli 111 saylı qərarı "Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında əsasnamə"ni hal-hazırda hansı qərar əvəz edir, yəni Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibinə nə daxildir?
Ruslan Manaflı
Cavab: Bildiririk ki, «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin 09.06.2001-ci il tarixli 115 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.08.1996-cı il tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında Əsasnamə” qüvvədən düşmüşdür. Bununla bağlı gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərin müəyyən edilməsi Vergi Məcəlləsinin 10-cu fəslinin müvafiq maddələri ilə tənzimləyir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın