Ləğv olunmuş vergi hesab -faktura ilə bağlı maraqlı sual
"Əgər e-VHF-nin ləğv edilməsi zərurəti yaranarsa, alıcı satıcıya müraciət edir və təqdim edilmiş e-VHF-nin ləğv edilməsini xahiş etməli və ləğvetmə tarixi barədə məlumatı satıcıdan ala bilər"
Sual: Salam. Ləğv olunmuş vergi hesab-fakturasının ləğv olunma tarixinə necə baxmaq olar?
Bayramov Pərvin
Cavab: Bildiririk ki, vergi ödəyicisi səhifəmizin (www.taxes.gov.az) “E-xidmətlər” bölməsində “Elektron vergi hesab fakturasının qəbulu” adlı elektron xidmət vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” alt bölməsi seçilməklə vergi orqanı tərəfindən ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə sistemə daxil olur və “onlayn” rejimdə elektron vergi hesab-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir. Bu altsistem vasitəsilə istifadəçi həmçinin digər əməliyyatları da (elektron vergi hesab-fakturanın ləğvi, dəqiqləşdirilməsi, əvəzləşdirilən elektron vergi hesab-fakturaları barədə məlumatların daxil edilməsi və s.) həyata keçirə bilər.
Belə ki, elekteron vergi hesab-fakturaların ləğv edilməsi satıcı vergi ödəyicisi tərəfindən həyata keçirilir. Bu zaman satıcı vergi ödəyicisi göndərdiyi e-VHF-ni ləğv etmək istəyirsə, “Göndərdiklərim” qovluğuna daxil olur, həmin e-VHF-ni açaraq açılan ekranda Fakturanı ləğv et düyməsini basdıqdan sonra əməliyyatı təsdiqləmə barədə pəncərə açılır. Təsdiqdən sonra isə ləğv etmənin səbəbi yazılır və “Qəbul” düyməsi sıxılır. Nəticədə e-VHF ləğv edilir və satıcının “Göndərdiklərim”, alıcının isə “Gələnlər” qovluqlarında həmin e-VHF-nin vəziyyəti “ləğv edilmış” olur. Bundan sonra həmin e-VHF üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradıla bilər.
Ləğv olunmuş e-VHF-nin rəngi qırmızı rəngdə və vəziyyəti sütununda “L” simvolu yazılır, lakin ləğv olma tarixinə “elektron vergi hesab-fakturası” altsistemində baxmaq mümkün deyildir. Əgər e-VHF-nin ləğv edilməsi zərurəti yaranarsa, alıcı satıcıya müraciət edir və təqdim edilmiş e-VHF-nin ləğv edilməsini xahiş etməli və ləğvetmə tarixi barədə məlumatı satıcıdan ala bilər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın