İcarəyə götürülmüş və icarəyə verilmiş əsas vəsaitlər köhnə və yeni hesablar planında necə uçota alınır?

İcarəyə götürülmüş və icarəyə verilmiş əsas vəsaitlər köhnə və yeni hesablar planında necə uçota alınır?

 Əməliyyat icarəsi və maliyyə icarəsi fərqi nədədir?

Sual: - Salam. Sizə sualım belədir: İcarəyə götürülmüş əsas vəsaitlər və icarəyə verilmiş əsas vəsaitlər  köhnə və yeni hesablar planında necə uçota alınır? Mümkünsə, misallarla izah edərdiniz. Öncədən təşəkkür edirəm.

Yusif Qurbanov

Cavab: İcarə iki formada olur: Əməliyyat icarəsi və maliyyə icarəsi. Bunlara uyğun olaraq hesablar da müxtəlifdir. Bu barədə “Mühasibat uçotu” kitabında geniş məlumat vermişik. Amma yenə də sadə misal göstərim.
Tutaq ki, AA firması əsas vəsaitini 1 il müddətində VV firmasına aylıq 500 manat olmaqla icarəyə verib. Bu, əməliyyat icarəsi sayılır. Həmçinin AA firması SS firmasına 10 il müddətinə  avtonəqliyyat vasitəsini icarəyə verib. Müddət başa çatdıqdan sonra nəqliyyat vasitəsi SS  firmasına qalacaq və aylıq icarə haqqı 200 manatdır. Bunun 180 manatı əsas məbləğ, 20 manatı isə faiz məbləğidir. Bu isə artıq  maliyyə icarəsidir. 10 illik icarə məbləği isə 24 000 manatdır və bunun da 2 400 manatı faiz gəliridir.
Qaldı müxabirləşmələr və hesablar, bunlar tam olaraq “Mühasibat uçotu” kitabında əks olunub.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər