Əsas vəsaitlərin dəyəri sıfırdırsa mütləq silinməlidir?

Əsas vəsaitlərin dəyəri sıfırdırsa mütləq silinməlidir?

"MK"nın eksperti sərbəst auditor Altay Cəfərov bu maraqlı sualı "Doğru cavab" rubrikasında cavablandırır

Sual: - Salam. Hesabatda əsas vəsaitlərin dəyəri 0 (sıfır) göstərilibsə, həmin əsas vəsaitlərdən istifadə etməyə davam etmək olar, yoxsa mütləq silinməlidir? Onu yenidən necə bərpa etmək olar? Silinmə qaydası barədə də açıqlama verməyinizi xahiş edirəm. Təşəkkürlər!
Meri Hümbətova

Cavab: Ümumiyyətlə, torpaq, tikili avadanlıqlar (əsas vəsaitlər) üçün hər ilin sonunda, növbəti illər üçün onların faydalı istifadə müddətinə yenidən baxılmalıdır. Ola bilsin ki, əsas vəsaitin dəyəri çox aşağı düşüb və növbəti il balansdan silinməlidir. Amma təşkilat əsas vəsaitin istismara daha bir neçə il yararlı olduğuna qərar verə və ondan istifadə edə bilər. Bu zaman onun faydalı istifadə müddəti daha bir neçə il artırılır və artıq növbəti il o balansdan silinmir, həmin illər ərzində qalıq dəyəri yenidən amortizasiya olunur. Siz qeyd edirsiniz ki, dəyəri sıfırdır, amma faydalı istifadə müddəti qalmışdır. Odur ki, yaxşı olar ki, mühasibat uçotu baxımından, yenidən qiymətləndirmə aparardınız və yerdə qalan faydalı istifadə müddəti ərzində amortizasiya edərdiniz. Silinmə qaydaları, formaları “Mühasibat uçotu” kitabında geniş əks olunub.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər