Müəssisə işçilərin övladlarının təhsil haqqını ödəyərsə

Müəssisə işçilərin övladlarının təhsil haqqını ödəyərsə

Bu cür əməliyyatlar zamanı gəlir vergisi hesablanır?

Sual: Salam. Müəssisə təsisçisinin övladlarının təhsil pulunu ödəyir. Burda hansısa vergiyə cəlb etmə əməliyyatı varmı? Xahiş edirəm yardımçı olasınız.
Hüseyn Quliyev

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Digər tərəfdən, Vergi Məcəlləsinin 102.1.3-cü maddəsinə əsasən təqvim ili ərzində alınan hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Təhsil haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
Göstərilənlərə əsasən fiziki şəxsin muzdlu işdən əldə etdiyi bütün növ gəlirlərində Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan güzəşt və azadolmalar nəzərə alınmaqla işəgötürən tərəfindən ödəmə mənbəyində həmin Məcəllənin 101.1-ci maddəsindəki vergi dərəcələri ilə gəlir vergisi hesablanaraq tutulmalıdır.
Göründüyü kimi, müəssisə ilə təhsil xərcləri ödənilən fiziki şəxs arasındakı münasibətlər əmək münasibətləri ilə tənzimləndiyi halda, həmin fiziki şəxsin ümumi gəliri yuxarıda qeyd olunan güzəşt nəzərə alınmaqla gəlir vergisinə cəlb edilir.
Bununla belə onu da nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər