Lisenziyasız alkoqollu işçkinin satışının suçu nə...

Lisenziyasız alkoqollu işçkinin satışının suçu nə...

İnzibati və Cinayət Məcəlləsində bu məsələ ilə bağlı nələr nəzərdə tutulur?

Sual: Fiziki şəxsəm. Pərakəndə ticarətlə məşğulam. Lisenziyasız alkoqollu içki satışına görə mənə məhkəmə tərəfindən vəzifəli şəxs kimi 40 manat cərimə yazılması düzgündürmü?
Kamet Hacıyev

Cavab: Bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə, yəni dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirən fiziki şəxslər 10 manatdan 15 manatadək, vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər isə 120 manatdan 160 manatadək inzibati cərimə olunur və bu inzibati xətalar haqqında işlərə həmin Məcəllənin 360-cı maddəsinə əsasən rayon (şəhər) məhkəmələri baxır.
İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş əməllər xeyli miqdarda, yəni 1000 manatdan artıq ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Onu da nəzərinizə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə əsasən aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda, yəni 500 manatadək olan məbləğdə satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər 80 manatdan 90 manatadək, hüquqi şəxslər isə 200 manatdan 300 manatadək miqdarında inzibati cərimə olunur və bu inzibati xətalar haqqında işlərə həmin Məcəllənin 360-cı maddəsinə əsasən rayon (şəhər) məhkəmələri baxır.
Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək olan məbləğdə satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə isə Cinayət Məcəlləsinin 213-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər