Əsas vəsaitlərə görə hesablanan əmlak vergisi ilə bağlı maraqlı sual

Əsas vəsaitlərə görə hesablanan əmlak vergisi ilə bağlı maraqlı sual

İstismara verilməmiş əsas vəsaitə (anbarda olan əsas vəsaitlərə) əmlak vergisi hesablanmalıdır?

Sual: Salam! Sizə əmlak vergisinə dair sualım var. İstismara verilməmiş əsas vəsaitə (anbarda olan əsas vəsaitlərə) əmlak vergisi hesablanmalıdırmı? Suallarıma konkret cavab verməyinizi xahiş edirəm və əvvəlcədən təşəkkürümü bildirirəm.
Pərvanə Süleymanova


Cavab: Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisi üçün vergitutma obyektidir və Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Göründüyü kimi, müəssisənin balansında əsas vəsait kimi əks etdirilən əmlaka görə əmlak vergisi hesablanmalı və büdcəyə ödənilməlidir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər