İşçiyə işdən çıxarkən son haqq-hesab verildikdə istifadə etməmiş 3 illik məzuniyyət pulu hesabladıqda...
Gəlir vergisi cəmi məbləğdən yoxsa hər bir il üçün ayrı-ayrılıqda tutulmalıdır?
Sual: Salam. İşçiyə işdən çıxarkən son haqq-hesab verildikdə istifadə etməmiş 3 illik məzuniyyət pulundan vergi cəmlənərək, yoxsa hər bir il üçün ayrı-ayrılıqda tutulmalıdır?
Məlikov Vahid
Cavab: Bildiririk ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Eyni zamanda, həmin Məcəllənin 140-cı maddəsinin 1-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Müvafiq olaraq, son haqq-hesab zamanı əldə olunan gəlir də Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən aylıq cədvəldəki dərəcələrlə gəlir vergisinə cəlb olunur.
Odur ki, Əmək Məcəlləsinin və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq işçiyə keçmiş iş illərində istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənilən kompensasiya gəlir vergisinə cəlb olunmalı, bu zaman kompensasiya ödənildikdə gəlir vergisi hər il üçün hesablanan məbləğdən ayrı-ayrılıqda, işçi ilə son haqq-hesab aparılarkən tam olmayan sonuncu iş ilinin məzuniyyət haqqından isə, onun verildiyi ayın əmək haqqı ilə birlikdə gəlirin ümumi məbləğindən Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən aylıq cədvəldəki gəlir vergisi dərəcələri ilə gəlir vergisi işəgötürən (vergi agenti) tərəfindən hesablanaraq ödəmə mənbəyində tutulmaqla dövlət büdcəsinə ödənilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
2 Komment
cemale 21 Sentyabr 2019
Isıme xıtam verılıb ama builki mezunıyyetımden istıfade etmemısem. Son haqq hesab pulu mezunıyyet pulumdan elave ödenilecek? Dövlet bagcasında terbıyecı ıslemısem
Elsen 30 May 2020
Salam men 4cu aydir ki tikinti sirketinde fehle isleyirem mass350 yazilir muqavilede amma ayliq 600aliram yani gunemuz 20manat meni isden cixarsalar rasot pulu vermelidiler
Şərh yazın