Kassa aparatına yüksək məbləği yalnış vurduqda nə etməli?
Vergi orqanları bunu necə qarşılayır?
Sual: Salam. Mən kassa aparatına dair sual vermək istərdim. Kassa aparatına yanlış yüksək məbləğ vurulub. Bu məbləği ləğv etmək olarmı, yoxsa bunun vergisini ödəmək məcburiyyətindəyəm?
Məmmədov Asif
Cavab: Bildiririk ki, nəzarət kassa aparatına məbləğin səhv olaraq müəyyən miqdarda daxil edilməsi halı baş verdikdə kassa sahibi olan vergi ödəyicisi dərhal qeydiyyatda olduğu vergi orqanına ərizə ilə (və ya məktubla) müraciət etməlidir. Ərizəyə (və ya məktuba) səhv vurulmuş məbləği əks etdirən kassa çekinin sürəti və ya həmin günün “Z” hesabatı əlavə edilməlidir. Ərizədə (və ya məktubda) faktın baş verdiyi tarix, vaxt, səhv vurulmuş məbləğ, obyektin rekvizitləri, kassa sahibi barədə məlumat, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və s. qeyd olunmalıdır. Vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı həmin ərizəni vergi ödəyicisinin iş qovluğunda saxlayır, vergi hesabatları təqdim edilərkən və kameral vergi yoxlamaları zamanı nəzərə alınır, keçirilən səyyar vergi yoxlaması zamanı həmin ərizədə göstərilən faktların düzgünlüyü araşdırılır.
Əlavə olaraq bildiririk ki, həmin kassa aparatına səhv vurulmuş məbləği əks etdirən çekin NKA-dan çıxarılması (verilməsi) qaydası barədə müvafiq izahatı bağlanmış müqaviləyə əsasən NKA-na servis-texniki xidmətini həyata keçirən şəxslərə (STXM) müraciət etməklə əldə edə bilərsiniz.
0 Komment
Şərh yazın