Hansı halda əmək məzuniyyəti zamanı gəlir vergisi ödənilmir?
Bü güzəşt kimlərə tətbiq olunmalıdır?
Salam. Sualım belədir: Təsərrüfat hesablı dövlət müəssisəsinin işçilərinə əmək məzuniyyəti verilərkən vəzifə maaşı miqdarında ödənilən müavinətdən gəlir vergisi tutulmalıdırmı?
Kəmalə Pirquliyeva
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Prezidentinin) qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Azərbaycan Respublikası Prezidentinin «Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında» 23 oktyabr 2003-cü il tarixli 948 nömrəli Fərmanına əsasən bir aylıq vəzifə maaşı həcmində dövlət qulluqçularına ödənilən müavinət dövlət müavinəti kimi qiymətləndirilir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisinə cəlb edilmir.
Əlavə olaraq bildiririk ki, 21 iyul 2000-ci il tarixli 926-IQ nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın