Rayon qeydiyyatında olan şəxs Bakıda uçota alına bilər?
Qeydiyyatla bütün halların izahı
Sual: Salam. Mənə maraqlı olan bir sual var. Mən sahibkarlıqla məşğul olmaq istəyirəm. Özüm Bakı qeydiyyatında deyiləm, Sabirabad rayonunda qeydiyyatdayam. Bilmək istəyirdim ki, VÖEN-i Bakıdan ala bilərəm? Öncədən minnətdarlığımı bildirirəm.
Səbinə Pənahova
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanlarında yaşadıqları yer üzrə uçota alınırlar.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
Şəxsin olduğu yer onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (bazar və iş günü hesab edilməyən bayram günləri istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır.
Göründüyü kimi, şəxsin olduğu yer üzrə vergi uçotuna alınması yalnız Qanunda qeyd olunan qaydada zəruri hərəkətlərin edilməsindən, yəni şəxsin müraciətinə əsasən müvafiq dövlət orqanı tərəfindən onun qeydiyyata alınmasından sonra mümkündür.
Bu səbəbdən də Siz 5 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmalısınız.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 10.04.2013-cü il tarixli 1317050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın müddəalarına uyğun olaraq fiziki şəxslərin vergi uçotuna alınması kağız və elektron formada (Azərbaycan Respublikası vətəndaşları üçün) həyata keçirilir.
Kağız formada vergi orqanlarında fiziki şəxslərin vergi uçotuna alınması fiziki şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”sinə əsasən həyata keçirilir.
“Fiziki şəxsin vergi uçotu haqqında ərizə”yə uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) surəti əlavə edilir. Kağız daşıyıcısında ərizələrin vergi orqanına təqdim edilməsi bilavasitə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə həyata keçirilir.
Eyni zamanda, Siz Vergilər Nazirliyinin www.taxes.gov.az internet səhifəsinin “E-xidmətlər” bölməsinin “Fərdi sahibkarların onlayn qeydiyyatı” adlı elektron xidməti vasitəsilə “İnternet Vergi İdarəsi” portalına (www.e-taxes.gov.az) daxil olaraq e-qeydiyyatdan keçməklə fiziki şəxs kimi elektron formada vergi uçotuna alına bilərsiniz. Bunun üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası və ya İnternet Vergi İdarəsi portalında istifadəçi kimi qeydiyyatdan keçməklə alınmış istifadəçi kodu, şifrə, parolu olmalıdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
17 Komment
Aynur 05 Avqust 2020
Salam man evimi satmisam indi naxcivana ucota alinmaq isteyire bakida ucotdayam olar bele??
Kenan 23 Avqust 2020
Esalamun aleykum men rayon qedyatiyam Baki üzre qeydiyata düşmek isdeyirem ne edim bun ucun deyerdiz
Quluyev Kenan 23 Avqust 2020
Esalamun aleykum men rayon qedyatiyam Baki üzre qeydiyata düşmek isdeyirem ne edim bun ucun deyerdiz
Melek 18 Noyabr 2020
Rayon ucotunda olan bakida paliknikada qeydiyyat kitabcasi acdira biler?
[email protected] 18 Noyabr 2020
Rayon ucotunda olan bakida paliknikada qeydiyyat kitabcasi acdira biler?
Gunel 27 Yanvar 2021
Rayon qeydiyatindayam,ve bakida öz adima evim var.evime qeydiyata duwmey ucun hansi senedlerle hara muraciet ede bilerem???
Qismet 06 Noyabr 2021
Rayon Qeydiyyatinda olan shexs Bakida ev Ala Bilermi oz adina
Feride 03 Dekabr 2021
Salam men nece bile bilerem ki, men hara qeydiyatindayam?
Nezaket 26 Mart 2022
Salam.men rayon qeydiyyatindayam.bakida yawayiram.iwaxtaran Weds Kimi bakida mewqulluq idaresinde qeydiyyata duwe bileremmi?
Nicat 24 Noyabr 2022
Rayon qeydiyyatıyam bakı qeydiyyatına düşmək istəyirəm qaziyəm
Elgun 21 Yanvar 2023
Salam men rayon qeydiyatiyam bakida onlayin sekilde nece qeydiyata duse bilerem
Ələddin 22 Yanvar 2023
Salam mən Həsənov Ələddin İsa oğlu mən rayon qeydiyyatindayam iş yeim burdadi bakı şəhırinə necə qeydiyyata düşə bilərəm?
Irade 23 Yanvar 2023
Salam.Qohumum rayon ucotundadir. Bakida isleyir.Muveqeti nece qeytiyat edim onu oz unvanima. Ve hansi senedle, hara muraciyet etmek lazimdir?
Hicran 05 Fevral 2023
Salam.2000-ci ilden Bakıda işleyirem.2005-de aile qurmuşam ve 3 uşağım var Bakıda anadan olublar Ve 12 nömreli poliklinikada qeydiyyatda olublar.Uşaqlarımın 3-ü de Bakı şeheri Nesimi rayonu Samir hacıyev adına 5 nömreli tam orta mektebde oxuyurlar.Böyük uşağım yeni, böyük oğlum 11-ci sinifdedi.Ortancıl uşağım yeni, kiçik oğlum 2022-ci ilden Nerimanov rayonu Seyid Cefer pişeveri adına humanitar fenler temayüllü gimnaziyada tehsil almağa başlayıb.Kiçik uşağım yeni ,qizim Samir hacıyev adina 5 nömreli mektebde tehsil alır.Özüm 2015-ci ilde kreditle Xırdalandakı Kristal Abşerondan ev almışam.Ev,yoldaşımın yeni,Vefa Şıxlarovanın adınadı.Özümüz ise Salyan rayonunda qeydiyyatdayıq.Biz bakı qeydiyyatına düşmek isteyirik.Hara müraciet edek?
Hicran 05 Fevral 2023
Salam.2000-ci ilden Bakıda işleyirem.2005-de aile qurmuşam ve 3 uşağım var Bakıda anadan olublar Ve 12 nömreli poliklinikada qeydiyyatda olublar.Uşaqlarımın 3-ü de Bakı şeheri Nesimi rayonu Samir hacıyev adına 5 nömreli tam orta mektebde oxuyurlar.Böyük uşağım yeni, böyük oğlum 11-ci sinifdedi.Ortancıl uşağım yeni, kiçik oğlum 2022-ci ilden Nerimanov rayonu Seyid Cefer pişeveri adına humanitar fenler temayüllü gimnaziyada tehsil almağa başlayıb.Kiçik uşağım yeni ,qizim Samir hacıyev adina 5 nömreli mektebde tehsil alır.Özüm 2015-ci ilde kreditle Xırdalandakı Kristal Abşerondan ev almışam.Ev,yoldaşımın yeni,Vefa Şıxlarovanın adınadı.Özümüz ise Salyan rayonunda qeydiyyatdayıq.Biz bakı qeydiyyatına düşmek isteyirik.Hara müraciet edek?
Kamran 27 Fevral 2023
Salam,men Baki sheherinde daimi qeydiyyatdayam.Yalniz,Baki sheherinde bashqa unvanda yashayiram.Buna gore men hemin unvana muveqqeti qeydiyyata dushmeliyem?
Lale Quliyeva 09 Mart 2023
Salam .Rayon qeydiyyatında olan xanım Bakı şeherinde uşaq dünyaya getirib.Seherde kiraye qalır. heç bir valideyn islemir.Usaq pulu almaq üçün ne etmelidi?
Şərh yazın