Vergi ödəyicisinin fəaliyyətini dayandırdıqda müddətdə başa çatarsa...

Vergi ödəyicisinin fəaliyyətini dayandırdıqda müddətdə başa çatarsa...

Müraciət olmadıqda avtomatik rejimdə uzadılır?
Sual: Hörmətli cənablar, təsisçisi olduğum "Ekoloji Audit, Məsləhət və Ekspertiza" MMC-nin (VÖEN 1300536971) fəaliyyətinin müvəqqəti dayandırılması haqda 2008-ci ildə müraciət etmişdik və nəticə etibarı ilə 2013-cü ilin mart ayınadək 5 illik fəaliyyət dayandırılmışdır. Fəaliyyətin dayandırılması haqda müddət, müraciət olmadıqda avtomatik rejimdə uzadılırmı və yaxud fəaliyyətin dayandırılması müddətinin uzadılmasına dair hansı tədbirləri həyata keçirməliyik?
Fuad İbrahimov

Cavab: Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış» təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir (Vergi Məcəlləsi, maddə 16.3).
Odur ki, Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq vergi orqanına fəaliyyətinin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinizin dayandırılması haqda müraciətinizdə göstərilən son tarixdən etibarən fəaliyyətiniz aktivləşir və müvafiq bəyannamələr vergi orqanına təqdim olunmalıdır.
Əlavə olaraq onu da bildiririk ki, Vergi Məcəlləsinin 16.5-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 16.3-cü maddəsində göstərilən qaydada vergi ödəyicisi tərəfindən vergi orqanına sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması barədə təqdim edilmiş arayış vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən qüvvəsini itirir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

1 Komment

  1. Asif 28 Fevral 2023

    Salam vöni müvəqqəti dayandirdiqdan sonra müəyyən vaxtan sonra hemin sexs fəaliyyəte baslasa vöni açdirmasa cerimesi var yox xeberdarliq edilir ve cerime ne qederdi

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər