Aliment ödəyənə həyat yoldaşı GÜZƏŞT ETMİR, bəs Vergi Məcəlləsi edir?

Aliment ödəyənə həyat yoldaşı GÜZƏŞT ETMİR, bəs Vergi Məcəlləsi edir?

Alimentlərdən gəlir vergisinin hesablanıb-hesablanmaması halının izahı

Sual: Salam. Boşanmadan sonra mən gəlirimin 40%-nin həyat yoldaşıma aliment olaraq verilməsinə razılıq verdim. Sual ondan ibarətdir ki, aliment məbləğindən gəlir vergisi çıxılırmı? Yəni mən əgər 1000 manat alırdımsa onun 400 aliment olaraq avtomatik keçmiş həyat yoldaşımın bank hesabına gedir. 14% bütün 1000 manatdan çıxır, yaxud mənə qalan ancaq 600 manatdan?
Anar Həsənov

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.5-ci maddəsinə əsasən alimentlər gəlir vergisindən azad edilmişdilər. Nazirlər Kabinetinin “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarının 7-ci bəndinə əsasən  aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Göründüyü kimi, aliment ödənilən gəlirdən, yəni sorğunuza əsasən 1000 manatdan gəlir vergisi ümumi qayda hesablanır, lakin aliment i alan şəxsin gəlirindən, yəni 400 manatdan artıq gəlir vergisi tutulmur. Əlavə olaraq onu da qeyd edək ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanununun 15-ci maddəsinə əsasən aliment ödənişlərindən sosial sığorta haqqı hesablanmır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər