Nəğd şəkildə ödənilən ƏDV-nin məbləği gəlirdən çıxılır?

Nəğd şəkildə ödənilən ƏDV-nin məbləği gəlirdən çıxılır?

Vergi Məcəlləsinin maddələri ilə izah olunan cavab
Sual: Salam, hörmətli vergi əməkdaşları. ƏDV ödəyicisi olan hüquqi şəxs aldığı malların dəyərini nağd qaydada ödəyərsə və bu səbəbdən də ƏDV depozit hesabına ödədiyi ƏDV-ni əvəzləşdirə bilməzsə, ödənilmiş ƏDV onun gəlirdən çıxılan xərclərinə aid oluna bilərmi? Cavabınızı ətraflı olaraq qanunvericiliyin müvafiq maddəsi ilə izah etməyinizi xahiş edirəm.
Azər AN, [email protected], Bakı 

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.
Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada ödənilməlidir.
Odur ki, ƏDV ödəyicisi tərəfindən alınmış mallara (işlərə, xidmətlərə) görə ona verilmiş elektron vergi hesab-fakturası üzrə nağd qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir və bu zaman ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən alınmış malın dəyərinə aid edilərək onun dəyərini artırır.
Gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır (Vergi Məcəlləsi, maddə 108).
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Xəbərlər