Malların göndərilməsi və işlərin və xidmətlərin qəbul olunması necə rəsmiləşdirilməlidir?
Qaimə faktura formasından hansı halda istifadə olunmalıdır?
Sual: Salam, A firması B firmasına mal alışı üçün vəsait ödəyir. B firması isə malı təqdim edir, lakin A fimasına ƏDV VHF ilə birgə qaimə əvəzinə akt verir. Burada malların alışını təhvil-təslim aktı ila rəsmiləşdirmək olarmı, yoxsa mütləq ciddi hesabat blankı sayılan qaimə olmalıdır?
Namiq
Cavab: İlk növbədə bildiririk ki, təhvil-təslim aktları ilə malların göndərilməsi deyil, işlərin və xidmətlərin qəbul olunması rəsmiləşdirilir.
Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»na əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq təşkilatlar və fərdi sahibkarlar maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən əməliyyatları forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blankları ilə rəsmiləşdirməlidirlər.
Vergi ödəyiciləri tərəfindən tətbiq edilməli olan ciddi hesabat blankları, o cümlədən də qaimə-faktura f. №– 2 və qaimə-faktura f. №– QF-1 Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli, i-163 №–-li əmri ilə təsdiq edilmişdir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın