Əmlak vergisi hər kvadrat metrə uyğun nə qədər hesablanır?

Əmlak vergisi hər kvadrat metrə uyğun nə qədər hesablanır?

Əmlak vergisinin hesablanmasının qanuni əsasları

Sual: Salam. Mənim sualım belədir: Əmlakın hər kv metrinə uyğun illik əmlak vergisi nə qədər olmalıdır? Sözügedən əmlak  72 kv metrdir.
İsmayılov Bahəddin

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci, 198-ci və 200-ci maddələrinin müddəalarına uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara (əmlakvergisi məqsədləri üçün binalar dedikdə, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış evləri, mənzilləri, bağ evləri, qarajları, digər tikililəri və onların hissələri başa düşülür) görə onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Nazirlər Kabinetinin 28 iyun 1999-cu il 110 nömrəli Qərarına əsasən əmlakın inventarlaşdırılmış dəyərinin 5000 manatdan çox olan (5000 manatadək olduqda vergi tutulmur) hissəsindən 0,1 faiz dərəcəsi ilə əmlak vergisi hesablanaraq avqustun 1-dən gec olmayaraq tədiyə bildirişi ilə bələdiyyələr tərəfindən fiziki şəxsə bildirilir, həmin şəxslər isə verginin məbləğini cari ilin avqust ayının 15-dək və noyabr ayının 15-dək bərabər hissələrlə yerli (bələdiyyə) büdcəyə ödəyirlər.
Əlavə olaraq onu da qeyd edək ki, yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilsə də, vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər