Pos-terminal ilə əməliyyat aparıldıqda NKA çeki vurulmalıdır?
Vergilər Nazirliyi tərəfindən bu məsələ ilə bağlı maraqlı açıqlama
Sual: Salam. Sualım budur ki, pos-terminal ilə əməliyyat aparıldığı zaman NKA çeki vurulmalıdırmı? Məncə nağdsız qaydada hesablaşma olduğu üçün vurulmamalıdır, ancaq mübahisəli məsələ olduğu üçün dəqiqləşdirmək istərdim.
Çingiz Qurbanov
Cavab: Bildiririk ki, Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 nömrəli Qərarı ilə (əlavə və dəyişikliklər nəzərə alınmaqla) təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq nağd hesablaşmaların aparıldığı obyektlərdə alınmış malın (işin, xidmətin) dəyəri pos-terminal aparatları vasitəsilə nağdsız qaydada ödənildikdə ödənilmiş məbləğlər nəzarət-kassa aparatlarının yaddaşına daxil edilməli və müştəriyə özündə qanunvericiliklə müəyyən edilmiş məlumatları əks etdirən NKA-dan çek verilməlidir. Odur ki, malların satışı zamanı alıcı bank pos-terminalından istifadə etdikdə, alınmış mala görə alıcıya Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan məlumatları özündə əks etdirən NKA-nın çeki təqdim olunmalı və həmin məbləğ NKA-nın yaddaşına daxil edilməlidir.
0 Komment
Şərh yazın