Piyada keçidində piyadaya yol verilməməyin cəriməsi qanunvericiliklə necə tənzimlənir?
Bu inzibati xətaya görə bal hesablanır?
Sual: Piyada keçidində piyadaya yol verilməməyin cəriməsi nə qədərdir?
Cavab: Bu məsələ İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə tənzimlənir.
Maddə 151-3. Piyada keçidində piyadaya yol verilməməsi
Piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, həmin piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya sürücü tərəfindən nəqliyyat vasitəsini dayandıraraq yol verilməməsinə görə - əlli manat miqdarında cərimə edilir.
0 Komment
Şərh yazın