Himayəsində olan şəxslərə görə gəlir vergisindən tutulan güzəştlə bağlı maraqlı sual-cavab

Himayəsində olan şəxslərə görə gəlir vergisindən tutulan güzəştlə bağlı maraqlı sual-cavab

Qeyd edilən güzəştin valideynlərin işləməsinə hansı təsiri var?

Sual: Salam. 2013-cü ildən etibarən gəlir vergisində 50 manat güzəşt tətbiq olunur. Mənim himayəmdə 2 az yaşlı uşaq var. 2-ci uşağın 1 yaşı var və yoldaşım uşağın 3 yaşına qədər uşağa qulluğa görə məzuniyyət götürüb. Yoldaşım ailə büdcəsinə gəlir gətirmir. Bilmək istəyirəm Gəlir vergisində 50 manatlıq güzəşt mənə şamil olunur, ya yox? Əvvəlcədən təşəkkür edirəm!
Fərid Ağayev

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək saxlanılır.
Vergi Məcəlləsinin 102.6-cı maddəsinə uyğun olaraq aşağıdakılar himayədə olanlara aid edilmirlər:
- təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa);
- dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar);
- xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar.
Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərə Vergi Məcəlləsinin 102.5-ci maddəsinə uyğun olaraq tətbiq olunan vergi güzəştləri hüququ Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş aşağıda qeyd olunan sənədlər təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;
- Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışları.
Göründüyü kimi, həyat yoldaşınız işsiz olmadığı üçün qeyd olunan güzəşt Sizə şamil olunmur.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

5 Komment

  1. Günay 12 Mart 2022

    Salam menim 3 uşağım var ve yoldaşım işlemir özümde yazılan maaş 375 di amma aldığım 321 .mene ne qeder güzəşt olacaq nece hesablanır ne qeder maaş almalıyam arayış versəm

  2. Samir 11 Oktyabr 2022

    Salam. Menim birinci evlilikden 2 uşaq var. Aliment ödeyirem. Ve ikinci evlilikden 2 usaq var. Yoldaşım işlemir. 50 manatlıq güzeşt mene tetbiq olunur? Teşekkür

  3. Resad 02 Mart 2023

    Salam men hərbiciyem üç övladım var yoldaşım işsizdir birinci uşağın 9 ikinci uşaqın 8 üçüncü uşağım isə 1yas 7 aylıq mənə qeyd edilən vergidən 50 manat azad olunma şamil edilirmi

  4. Aydın 12 Mart 2023

    Salam.Men ikinci qarabag doyuwleri veteraniyam.Buna göre elave gelir vergisi 56 AZN azaldilib.yoldawimla bir yerde iwleyirem ve 3 azyasli uwagimiz var 3 uwaga göre yoldawimda elave gelir vergisinden azad oluna bilermi ve ya olunmalidirmi.Xahis edirem cavablandirardiniz.

  5. İqbal 16 Aprel 2023

    Salam mənim 4 uşagım var mənə vergi güzəşdi düşürmü??

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər