İşçi Türkiyədə məzuniyyət dövrü xəstələnərsə, müavinət necə hesablanır?
Bu halda məzuniyyət dövrü artırılmalıdır?
Sual . Salam Hörmətli MKS əməkdaşları,
Bir məsələ ilə bağlı sualıma cavab almaq istərdim.
Məzuniyyətdə olan işçilərdən biri xarici ölkədə (konkret Türkiyədə) əməliyyat olunub və əməliyyat olunması və müəyyən tarixlər arasında istirahət etməli olduğuna dair sənəd təqdim edirsə, ona ödəniş hansı qaydada və əsasla apılmalıdır.
Qeyd edim ki, əməliyyat olunduğu və sonrakı reabilitasiya dövrü rəsmi məzuniyyətin bitdiyi gündən sonrakı dövrü əhatə edir. Təqdim olunan sənədə əsasən işdə olmadığı günlərə müqabilində məzuniyyət azaldılmalıdırmı, yoxsa əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi əmək haqqı hesablanmalıdırmı?
Öncədən təşəkkür!
Zaur Qədirli
Cavab:Bu suala bəli konkret bildirmək istəyirdim, bəli məzuniyyətdə olanda işçi əmək qabiliyyətini müvəqqəti itirərsə, ona müаvinat hesablanılır və ödənilir.Amma həmin müddət qədər əmək məzuniyyəti uzadılmır.Əgər məzuniyyət qurtarmışdırsa, amma əmək qabiliyyətinin müvəqqəti itirilməsi davam edirsə onda işçi bu qurtarandan sonra işə çıxmalıdır.
Yəni siz faktiki olaraq məzuniyyət dövründə əmək qabiliyyətinizi itirmisiniz, Тürkiyyədə əməliyyat olmusunuzşBu zaman siz təşkilatınıza xəstəlik vərəqəsini təqdim etməlisiz.Xəstəlik vərəqənizə məzuniyyətdən sonrakı müddətdə də əmək qabiliyyətinizin itirilməsi qeyd olunmuşdursa heç bir problem yoxdur,məzuniyyət müddətinin qurtarmasına baxmayaraq, siz müavinət alırsıznız.
0 Komment
Şərh yazın