İpoteka kreditlərində ilkin ödəniş necə hesablanır?

İpoteka kreditlərində ilkin ödəniş necə hesablanır?

İlkin bankın məbləği sabit faizdir?

Cavab:İlkin ödəniş (İK)- aldığınız mənzilin (evin) dəyərinin Sizin öz vəsaitiniz
hesabına ödədiyiniz hissəsidir. Banklar adətən alınan mənzilin (evin) tam
dəyəri məbləğində kredit vermirlər.

Onlar mənzilin satış qiymətinin bir
hissəsinin Sizin şəxsi vəsaitiniz hesabına ödənilməsində maraqlıdırlar. İKnin həcminə tələb fərqlənir və bu hər bir Bank tərəfindən fərdi qaydada
müəyyən edilir. Təcrübədə, banklar tərəfindən tələb olunan İK-nin həcmi
10%-dən 30%-dək dəyişir.
Misal. Siz 60,0 min manat məbləğində mənzil almaq istəyirsiniz. Bankın şərtlərinə əsasən  ilkin ödəniş 20% təşkil edir. Bank tərəfindən veriləcək kreditin maksimum məbləği 48,0 min manat ola bilər (60 000 * 80%). Qalan 12,0 min manat, Sizin tərəfinizdən şəxsi vəsaitləriniz hesabına ödəniləcəkdir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər