Maddi yardımdan 22 faizlik sosial ayırma hesablanmalıdır?

Maddi yardımdan 22 faizlik sosial ayırma hesablanmalıdır?

“Sosial sığorta haqqında” AR qanundan çıxarışla cavab

Sual: Verilən birdəfəlik maddi yardımlara görə maddi yardım verən cəmiyyət əlavə olaraq 22% ödənişi həyata keçirtməlidir ya yox?
Rauf Səməd
Cavab: Bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il 250-IQ nömrəli Qanununun 15-ci maddəsindəki məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növləri sırasında yalnız təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar, habelə ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar qeyd olunmuş, digər yardımların azad olunması isə nəzərdə tutulmamışdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər