Təsisçidən borc məqsədilə vəsait aldıqda bu zaman vergi hesablanır?
Hansı şərt daxillində təsisçi tərəfindən verilən vəsait hüquqi şəxsin gəlirinə aid edilir?
Sual: Salam. Şirkətin təsisçisi/səhmdarı geri ödəmək şərtilə şirkətə borc və ya müvəqqəti yardım edirsə, burda hər hansı vergitutma obyekti yaranırmı?
İlqar Tağıyev,
Cavab: Bildiririk ki, hüquqi şəxs tərəfindən öz ehtiyaclarının ödənilməsi üçün digər şəxslərdən, o cümlədən öz təsisçisindən onlar arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq borc almalarına qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə t Müqavilənin şərtlərinə uyğun olaraq qaytarılmaq şərti ilə haqq ödənilmədən borc olaraq alınmış vəsaitin qaytarılmasının borcu verən və alanın vergi öhdəliyinin yaranmasına səbəb olması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Təsisçi tərəfindən əvəzsiz olaraq (qaytarılmamaq şərti ilə) verilən vəsait onu alan hüquqi şəxsin gəlirinə aid edilir və bu gəlir gəliri alan hüquqi şəxsin tətbiq etdiyi vergitutma sisteminin xüsusiyyətləri nəzərə alınmaqla müvafiq vergilərə (mənfəət, sadələşdirilmiş) cəlb edilir
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
1 Komment
Elşən 05 Avqust 2021
Salam.Yardım şəklində təsisçidən vəsait alınmsı üçün təsisçi və hüquqi şəxs arasında müqavilə olmalıdır mı?
Şərh yazın