Ali təhsil müddəti əmək və sosial sığorta stajı hesab olunur?
Bununla bağlı əmək kitabçasına hər hansı qeyd aparılır?
Sual: - Salam Hörmətli MKS əməkdaşları! Xəbərlərdən eşitmişəm ki, tələbəlik dövrü iş stajı kimi hesablanacaq. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.Tələbəlik dövrü əmək stajıdırmı və ya pensiya stajıdırmı? Bunları əmək kitabçalarında və başqa sənədlərdə işləmək qaydası necədir?
Öncədən təşəkkür edirəm.
Fuad Ismayilov
Cavab: Nəzərinizə çatdırım ki, əmək stajı və sosial sığorta stajı fərqli anlayışlardır. 2006-cı ildən “Fərdi uçot haqqında” qanun qüvvəyə mindikdən sonra əmək stajı ancaq 2006-cı ilə kimi olan münasibətlərə tətbiq olunur. Sığorta stajı isə 2006-cı ildən sonrakı hallara tətbiq edilir. Yəni, pensiya təminatı ilə bağlı 2006-cı ilə kimi olan hallarda əmək stajı rol oynayır, 2006-cı ildən sonra isə sığorta stajı əsas götürülür.
Belə ki, orta ixtisas və ali təhsil 2006-cı ilə kimi rol oynayırdı. Həmin vaxta kimi onlar əmək stajı sayılır. Amma 2006-cı ildən artıq sığorta stajı kimi nəzərə alınmır. Belə təhsil 2006-cı ildən sonra olmuşsa, əmək stajı kimi nəzərə alına bilər. Amma bu, nə işçiyə, nə işəgötürənə, nə də DSMF-ə heç nə verməyəcək, daha doğrusu, nəzərə alınmayacaq.
Təhsil müddəti əmək kitabçalarında qeyd olunmur. Sadəcə pensiyaya çıxanda tələb olunarsa, diplom təqdim edilir. Bir daha bildirirəm ki, əmək kitabçasında ancaq işçinin işə qəbul olunması, bir vəzifədən başqa vəzifəyə keçirilməsi və işdən azad olunması qeyd olunur.
0 Komment
Şərh yazın