Onlayn formada qeydiyyat zamanı alınan VÖEN-lə ciddi hesabat blankı sifariş etmək olar?

Onlayn formada qeydiyyat zamanı alınan VÖEN-lə ciddi hesabat blankı sifariş etmək olar?

İnternet Vergi İdarəsinin "Onlayn Kargüzarlıq & e-VHF" alt sistemi vasitəsilə fərdi sahibkar kimi onlayn qeydiyyatı alınan zaman elektron ünvanınıza göndərilmiş “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”si rəsmi sənəd hesab edilə bilər?

Sual: Salam. Mən onlayn formada fiziki şəxs kimi qeydiyyatdan keçib VÖEN almışam, lakin sizin mənim kargüzarlıqdakı hesabıma göndərdiyiniz şəhadətnaməni çap edib üzlətdirə (laminasiya) etdirə bilərəm? Mən həmin şəhadətnamə ilə mətbəədən kassa mədaxil orderi , qaimə-faktura ala və möhür hazırlatdıra bilərəm?
Təhmasib Hüseynov

Cavab: Bildiririk ki, İnternet Vergi İdarəsinin "Onlayn Kargüzarlıq & e-VHF" alt sistemi vasitəsilə fərdi sahibkar kimi onlayn qeydiyyatı alınan zaman elektron ünvanınıza göndərilmiş “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”si Sizin vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdan keçdiyinizi təsdiq edən sənəd hesab olunur və onu çap edilməsinə və ya çap edilərək üzlətdirilməsinə heç bir məhdudiyyət yoxdur. Həmin şəhadətnamə əsasında vergi ödəyicisi kimi müvafiq mətbəələrdən ciddi hesab blanklarının alınması üçün müraciət edə bilərsiniz. bununla belə qeyd olunan şəhadətnamənin əslini əldə etmək üçün aidiyyəti üzrə qeydiyyatdan keçdiyiniz vergi orqanına müraciət edə bilərsiniz.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

1 Komment

  1. Terlan Ilyasov 07 Aprel 2020

    voen acdirmaq

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər