Sadələşdirilmiş vergi ödəyicisi olmağı təsdiq edən sertifikat mövcuddur?
Vergilər Nazirliyi hansı tip ödəyicilərə sertifikat verir?
Sual: Sadələşdirilmiş vergi ödəyicisiyik. Bu haqda Sertifikatımızı necə almaq olar?
Bəndalı Bağırov
Cavab: Bildiririk ki, Hasilatın Pay Bölgüsü haqqında Sazişlərin müddəalarına əsasən imzalanmış “Əlavə Dəyər Vergisi haqqında Protokol”lara uyğun olaraq Azərbaycan Respublikasında hər bir Podratçı Tərəf, Əməliyyat Şirkəti və Subpodratçılar tərəfindən yalnız karbohidrogenlər fəaliyyətləri ilə bağlı tədarük etdikləri malların, işlərin və xidmətlərin ƏDV-yə sıfır faiz (0%) dərəcə ilə cəlb olunması üçün Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentindən ƏDV-yə sıfır faiz (0 %) dərəcə ilə cəlb olunma haqqında Sertifikat alırlar. Digər fəaliyyətlərlə bağlı vergi orqanı tərəfindən vergi ödəyicilərinə hər hansı Sertifikatın verilməsi isə mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Sadələşdirilmiş verginin ödəyicisi olmanız barədə vergi orqanı tərəfindən təsdiqlənmiş müvafiq sənədi isə uçotda olduğunuz vergi orqanına müraciət etməklə əldə edə bilərsiniz.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
Anar Bayramov
0 Komment
Şərh yazın