İcarə müqavilələri hansı hallarda notariusda təsdiq edilməlidir?

İcarə müqavilələri hansı hallarda notariusda təsdiq edilməlidir?

Mülki Məcəllənin müddəalarına əsasən icarə məsələsi necə tənzimlənir?

Sual: İcarə müqavilələri hansı hallarda notariusda təsdiq edilməlidir. Əgər təsdiq edilməlidirsə hansı qanunun hansı maddəsinə görə məcburidir?
Cavab:  Bildiririk ki, Mülki Məcəllənin müddəalarına əsasən mülki münasibətlər zamanı, o cümlədən də icarə münasibətləri prosesində mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsini, dəyişdirilməsini və ya xitamını tənzimləyən əsas sənəd kimi fiziki və hüquqi şəxslər tərəfindən azad surətdə bağlanmış və məzmunu müəyyənləşdirilmiş, Mülki Məcəllənin tələblərinə zidd olmayan və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanununa riayət etməklə tərtib edilən müqavilə çıxış edir.

Mülki Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
Mülki Məcəllənin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir.
Mülki Məcəllənin 152-ci maddəsinə əsasən isə sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
Göründüyü kimi, hər hansı şəxsə məxsus əmlakın digər şəxslərin icarə əsasında istifadəsinə verilməsini nəzərdə tutan müqavilələr müvafiq qaydada tərtib edilməklə notarial qaydada təsdiqlənməlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər