Kənar işçiyə ödənilən ezamiyyə ilə bağlı maraqlı sual

Kənar işçiyə ödənilən ezamiyyə ilə bağlı maraqlı sual

Nəqliyyat bileti sənədlərlə müşahidə olunarsa, vergi öhdəliyi necə tənzimlənir?

Sual: Salam. Xahiş edirəm mənim sualıma cavab verəsiniz. “A” müəssisəsi turizm şirkətindən 500 AZN dəyərində aviabilet alır (bank köçürməsi ilə) və onun işçisi olmayan həkimə konfransa getmək üçün verir. Bu zaman ödəmə mənbəyindən vergi öhdəliyi yaranırmı? Əgər yaranırsa 500 AZN-lik bilet alındığı halda neçə manat vergi ödənməlidir? 70 AZN, yoxsa başqa məbləğ?
Əliş İbadov
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin VIII fəslinə əsasən, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Gəlirə muzdlu işlə əlaqədar, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər aiddir.
Vergi Məcəlləsinin 98.3-cü maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin, habelə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi vergi tutulan gəlirə daxil deyildir.

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.14.2-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri gəlir vergisindən azaddır.
Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən isə vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunan dərəcələrlə ödəmə mənbəyində vergini tutmağa borcludurlar.
Göründüyü kimi, konfransla bağlı alınmış təyyarə biletinin dəyəri müəssisənin işçiləri olan fiziki şəxslərin vergi tutulan gəlirinə daxil edilmir. Müəssisənin işçisi olmayan habelə vergi orqanında qeydiyyata olmayan fiziki şəxsə göstərilən xidmətlərlə (işlərlə) bağlı ödənişlərin edilməsi və ya konfransda iştirakı üçün təyyarə biletinin alınması həmin fiziki şəxsin vergi tutulan gəliri sayılmaqla, ondan Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunan dərəcələrlə ödəmə mənbəyində gəlir vergisi tutulmalı, bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər