ƏDV-yə məcburi qeydiyyatında bu dəyişiklikdə boşluq var yoxsa?

ƏDV-yə məcburi qeydiyyatında bu dəyişiklikdə boşluq var yoxsa?

ƏDV-lə bağlı edilən dəyişikliklə bağlı maraqlı sual-cavab

Sual: Salam. Sadələşdirilmiş vergi ödəyicisi olan şəxs 2013 yanvar ayında bağlanması nəzərdə tutulan 121.000 azn dəyəri olan müqaviləni Məcəlləyə edilmiş yeni dəyişiklərlə bağlı bağlamayaraq iki ayrı-ayrılıqda müqavilə şəkilində (70.000 və 51.000 ) bağlayarsa ƏDV-yə məcburi qeydiyyatı tələb olunurmu? Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
Rövşən Rəhimov

Cavab:  Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 01.01.2013-cü il tarixdən qüvvədə olan 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olan şəxslər (Vergi Məcəlləsinin 218.1.1.1-ci və 218.1.1.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 120.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsəsən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan artıq olduqda ƏDV-nin məqsədləri üçün qeydiyyat növbəti ayın birinci günündə qüvvəyə minir.
Məcəllənin qeyd olunan maddələrinə əsasən mallar (işlər, xidmətlər) bir əməliyyat çərçivəsində təqdim edildiyi və həmin əməliyyatın dəyəri 120.000 manatdan artıq olduğu halda bu əməliyyatda bağlı müqavilələrin sayından asılı olmayaraq həmin əməliyyat ƏDV tutulan əməliyyat sayılır və əməliyyatı aparmalı olan şəxs Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin ikinci hissəsinə əsasən əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər