Sadələşdirilmiş vergi ödəyici bütün icbari ödənişləri ödədikdən sonra vəsaitdən sərbəst istifadə edə bilər?

Sadələşdirilmiş vergi ödəyici bütün icbari ödənişləri ödədikdən sonra vəsaitdən sərbəst istifadə edə bilər?

Dövriyyədən 4 faiz ödəmək kifayət edir?

Sual: Bizim şirkət sadələşdirilmiş vergi ödəyicisidir. Hər ay daxil olan xidmət pulundan dövriyyədən 4%, hesablanmış əmək haqqından məcburi dövlət sosial ödəmələri ödənilir. Bölüşdürülməmiş qalan mənfəəti bank hesabından necə çıxartmaq olar? Və buna görə təsisçi fiziki şəxs olanda dividend gəlirdən 10% vergi ödənilməlidirmi?
Abdullayeva Sədaqət Arif qızı

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Göründüyü kimi, hüquqi şəxsin təsisçi olan fiziki şəxs tərəfindən xalis mənfəətindən müəyyən vəsaitin özünə götürülməsi dividendin verilməsi kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 122-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunmalıdır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər