Sahibkar obyektinə ad vermək istəyirsə, bu zaman hansı prosedurları etməlidir?
Fiziki şəxsləri maraqlandıra biləcək sualın cavabı
Sual: Salam mən 2004-cü ildən vergi ödəyicisiyəm, o zaman iş qurarkən obyektə ad vermək haqda belə fikirləşməmişdim, lakin indi buna ehtiyac olduğunu görürəm. Beləliklə sualım: fiziki şəxsəm, sadələşdirilmiş vergi ödəyicisiyəm, xidmət sahəsi üzrə fəaliyyət göstərirəm. Obyektə ad verilməsi üçün hara, kimə, necə müraciət etməliyəm? Təşəkkür edirəm!
Emin Primov
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən fiziki şəxs sahibkarlıq fəaliyyətini həyata keçirildiyi təsərrüfat subyektini (obyektini) olduğu ünvan üzrə vergi orqanında uçota alınması (obyektin kodlaşdırılması) üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə“si ilə həmin vergi orqanına müraciət edilməlidir.
Vergilər Nazirliyinin 15.08.2008-ci il tarixli əmri ilə təsdiq edilmiş (23.09.2011-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) «Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə» formasının doldurulması Qaydasına əsasən ərizə formasının 4-cü “Təsərrüfat subyekti (obyekti) haqqında məlumat» bölməsinin 4.1-ci sətrinə aid xanalarda filialın, nümayəndəliyin və ya təsərrüfat subyektinin adı tam olaraq əks etdirilir. Bu zaman obyektə məxsus olan xüsusi adlar da göstərilir. Məsələn, «Ana və uşaq kafesi», «İntizar super market», «Xəzər petrol yanacaq doldurma məntəqəsi», «Durna gözəllik salonu» və s.
Onu da nəzərinizə çatdırırıq ki, təsərrüfat subyektinə (obyektinə) ad verilərkən hər hansı orqana müraciət edilməsi Vergi Məcəlləsində nəzərə tutulmasa da onun unikallığının müəyyənləşdirilməsi məqsədəmüvafiqdir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın