Möhürü istənilən şirkətdə hazırlamaq mümkündür?

Möhürü istənilən şirkətdə hazırlamaq mümkündür?

Möhürün eskizi hansısa dövlət orqanı tərəfindən təsdiq olunmalıdır?

Sual: Möhürü necə əldə etmək olar? Möhürün nümunəsi, yaxud eskizi hansısa reyestrə daxil olunurmu, yaxud hansısa dövlət orqanı tərəfindən təsdiq olunmalıdırmı? Təşəkkür edirəm.

Cavab: Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli, 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” barədə 2 nömrəli Əlavənin 29-cu bəndinə əsasən müxtəlif növ möhürlərin və ştampların hazırlanması fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aid edilmişdir və bu barədə xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilir.

Qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat almaq üçün müxtəlif növ möhürlərin və ştampların hazırlanması fəaliyyəti üzrə xüsusi razılığı (lisenziyası) olan sahibkarlara müraciət etməyiniz məqsədəmüvafiqdir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər