Xarici ölkəyə nə qədər məbləğdə pul apardıqda rüsum tutulmur?
Gömrük Komitəsindən maraqlı açıqlama
Sual: Rezident fiziki şəxslər respublikadan kənara özləri ilə hansı məbləğdə xarici valyuta apara bilər?
Cavab: "Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması" Qaydalarına uyğun olaraq rezident fiziki şəxs tərəfindən 10.000 (on min) ABŞ dolları ekvivalentinədək valyuta sərvətləri respublikadan kənara aparıla bilər, bu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2008-ci il tarixli 42 nömrəli Qərarına müvafiq olaraq gömrük rüsumu tutulmur.
Mənbə: Gömrük Komitəsi
0 Komment
Şərh yazın