Xaricdən kompüter aldıqda hansı halda gömrük vergi və rüsumu ödənilir?

Xaricdən kompüter aldıqda hansı halda gömrük vergi və rüsumu ödənilir?

Gömrük Komitəsindən aktual suala cavab

Sual: Özüm üçün Almaniyadan bir ədəd kompüter gətirsəm bunun üçün gömrük vergi və rüsumu ödəməliyəmmi?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na əsasən fiziki şəxslər çəkisi 50 kiloqramadək və ya dəyəri (avtonəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla) 1000 ABŞ dollarına ekvivalent malları aldıqda, qanunvericiliklə müəyyən edilmiş gömrük vergi və rüsumları ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər. Fiziki şəxslər tərəfindən bu Qaydalarla müəyyən edilmiş dəyər və miqdar məhdudiyyətlərindən yuxarı sayda və məbləğdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən həmin malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun olaraq, gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada aparılır.

Eyni zamanda bildiririk ki, respublika ərazisinə gətirilən mallara gömrük vergi və rüsumlarının tətbiqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarları ilə tənzimlənir.
Mənbə: Gömrük Komitəsi

2 Komment

  1. Araz 10 Sentyabr 2020

    Salam.men xaricden musiqi aleti almaq isteyirem.kargo şirketlerinden biri ile ups ve ya DHL şirketi ile Azerbaycana getirmek isteyirem.mehsulun texmini qiymeti 500 manat+ kurier xidmet pulu.mehsul olkemize gomruye catanda men gomruye ödeniş etmeliyim yoxsa yox?mehsulu wexsi istifade ucun aliram.

  2. HEMİD 10 Fevral 2021

    salam.size 10.02.2021 tarixinde muraciet edirem.bu fevral ayinda xaricden karqo tir neqliyyatı ile bakiya gönderilen baglamalarin icinden mobil telefon gömrük işcileri terefinden götürülüb.deyibler ki bir muddet sonra mehkeme olacaq cerime ödeyib telefonu götüre bilersiz. onu deyim ki hemin telefonu qohumum öz adina xaricden alib.evvel özuyle bakiya getirmisdi o zaman burada telefonun İME kodunu qeydiyyatdan kecirtmisdi ve xarice dönende özuyle aparmisdi indise karqoyla bakiya pal paltar gönderende telefonu da baglamaya qoyub gönderib. amma gömrükde götürübler gömruk iscileri. bu telefon İME kodu bakida qeydiyyatdan kecibse bildiyim qeder istifade de edile biler. ona gore gömrukde telefonun göturulmesi duzdumu burada qanun pozulubmu? pozulubsa G7 telefonu ucun cerime ne qederdir? cerimeni baglama kimin adina gelibse hemin sexs odemelidi yoxsa gönderen sexs cox xahis edirem cavablandirin bir de hara muraciet edib bunu aydinlasdirmaliyiq.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər