Xəzinə kitabı və təhtəlşəxslə bağlı Vergilər Nazirliyinə praktiki sual
Vergi orqanlarının əməkdaşları pul vəsaitin qalığını mühasibat kitabları (xəzinə kitabı) ) ilə uyğun olub-olmamasını və pul vəsaitin təhtəl hesab şəxsdə faktiki olub olmamasını yoxlaya bilər?
Sual: Salam, hörmətli vergi əməkdaşları. Səyyar vergi yoxlaması zamanı vergi auditorlarının MMC в–nin kassasında olan nağd pul vəsaitin qalığını mühasibat kitabları (xəzinə kitabı) ) ilə uyğun olub-olmamasını və pul vəsaitin təhtəl hesab şəxsdə faktiki olub olmamasını yoxlaması Vergi Məcəlləsinə uyğundurmu? Əvvəlcədən təşəkkür edirəm.
Niyaz Kəlbiyev,
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq vergi orqanlarının hüquqları aşağıdakılardır: vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) Vergi Məcəlləsində müəyyən edilmiş hallarda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydada inventarizasiyasını aparmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir.
Göründüyü kimi, nağd pul vəsaitlərinin hərəkətinə nəzarət məqsədilə müvafiq sənədlərin yoxlanması vergi orqanlarının səlahiyyətlərinə aiddir.
0 Komment
Şərh yazın