Sadələşdirilmiş verginin dərəcəsi ilə bağlı MARAQLI sual-cavab
Sual: Salam. Sualımın mətni aşağıdakı kimidir. Əgər fiziki şəxs kimi qeydiyyatda olan vergi ödəyicisi Bakı şəhəri üzrə qeydiyyatda olmağına baxmayaraq, göstərdiyi xidmətləri sadələşdirilmiş verginin 2% ə tabe olan ərazilərdə icra edirsə həmin fiziki şəxs bu xidmətlərə görə hansı faizlə vergi ödəməlidir?
Rəhimov Vaqif
Cavab: Bildiririk ki, regionların inkişafına yönəldilən Vergi Məcəlləsinin 220.2-ci maddəsindən göründüyü kimi, regionlar üzrə müəyyən edilmiş vergi dərəcəsi o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar. Vergi Məcəlləsinin qeyd edilən maddəsi üzrə tələb olunan müvafiq göstəricilər tərəfinizdən konkret qeyd olunmadığından, sorğunuzda sözü gedən vergi ödəyicisinin vergi öhdəlikləri sadələşdirilmiş verginin Bakı şəhəri üzrə müəyyən olunmuş dərəcəsi ilə bəyan edilərək ödəməlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb sayt
0 Komment
Şərh yazın