Qaimə faktura ilə bağlı mühasibləri çox zaman düşündürən sualın cavabı
Sual: Salam. Sualım belədir: Mal alqı-satqı zamanı tərtib olunan Qaimə- faktura (forma 2Q) sənədin hansı hissələri kimdə qalmalıdır? Qaimə- faktura və qaimə fakturanın kötüyü hissələri. Zəhmət olmasa sualıma hansı qanunlara istinadən cavablandırdığınızı da qeyd edin. Əgər mümkündürsə istinad sənədlərə link verərdiniz. Qanunu tam şəkildə etmək üçün.
Ramazan Aslanov
Cavab: Bildiririk ki, «Mühasibat uçotu haqqında» Qanunun müddəalarına uyğun olaraq ilkin uçot sənədlərinin, o cümlədən ciddi hesabat blanklarının formalarının təsdiq edilməsi, onlardan istifadə qaydalarının müəyyənləşdirilməsi Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir və Maliyyə Nazirliyinin 14.11.2007-ci il tarixli İ-102 nömrəli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 30.11.2007-ci il tarixdə 3374 nömrə ilə dövlət qeydiyyatına alınmış «Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları»nın 3-cü bəndinə əsasən ciddi hesabat blanklarının doldurulması əllə və elektron (lazer) texnikası vasitəsi ilə həyata keçirilə bilər. Ciddi hesabat blankı xüsusi surətçıxaran kağızda çap edildikdə, ciddi hesabat blankının surəti sifarişçiyə (ödəyiciyə) verilməli və nüsxələrinin sayından asılı olmayaraq eyni seriya və nömrəyə malik olmalıdır. Birinci nüsxə isə mühasibatlıqda (icraçıda) qalır. Ciddi hesabat blankı kötüyü və surəti (qəbzi) hissələrinə malik olduqda, kötüyü mühasibatlıqda (icraçıda) qalır, surəti (qəbzi) isə sifarişçiyə (ödəyiciyə) verilir.
Mənbə: Verilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın