Fiziki şəxsin möhürünün olması vergi orqanları üçün mütləq şərtdir?

Fiziki şəxsin möhürünün olması vergi orqanları üçün mütləq şərtdir?

Sual: Salam. Belə bir sualım var: Fiziki şəxsin (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxsin) öz möhürünün olması vacibdirmi?
Rövşən Məcidov

Cavab: Bildiririk ki, vergi orqanlarına təqdim olunan ərizə, bəyannamə və s. sənədlər hüquqi şəxs olan vergi ödəyicisinin səlahiyyətli təmsilçisinin imzası və möhürlə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə təqdim olunmalıdır.
Göründüyü kimi, fiziki şəxs olan vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ərizə, bəyannamə və sair sənədlər üçün imzası ilə təsdiq edilməsi yetərlidir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər