Vergi ödəyicisini işi məhkəməlik olduqda, vergi məbləğinə faiz hesablanır?
Sual: Salam! 1. Vergi ödəyicisinin illər üzrə fəaliyyəti səyyar vergi yoxlaması audit departamenti tərəfindən yoxlanıb (bank, kassa anbar və.s) aktla təsdiqini tapmışdır. Lakin akta baxmayaraq Bakı şəhəri Vergilər Departamenti yoxlanılan dövrə mal qalığına görə əlavə kameral vergi hesablanmışdır.
2. Vergi ödəyicisi işi məhkəməyə vermişdir. Məhkəmədə işə baxılan zaman vergi ödəyicisinə kameral hesablamaya görə vergi tərəfindən faiz hesablanmışdır. Məkəmə işi ən azı 6 ay və ya 1 ildən cox cəkir. Bü dövrə yəni kameral məbləgə faizlər hesablanır. Məhkəmə son qərarı çıxarır ki, bu məbləğ yəni borc məbləğ büdcəyə ödənilsin. Vəsaiti ödəmək istədiyin zaman Bakı şəhəri Vergilər Departamenti deyir ki, yox siz faizidə ödəməlisiniz. Axır Vergi Məcəlləsinin 65.2.1.3-cü maddəsi buna demir. Bu nə dərəcədə düzgündür?
Ramiali Əliyev
Cavab:Bildiririk ki, Vergi Məcəlləsinin 16-cı və 78-ci maddələrinin müddəalarına uyğun olaraq qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir və vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi Məcəlləsinin 85.2-ci maddəsinə əsasən vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Belə ki, hesablanmış vergini Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş müddətdə dövlət büdcəsinə ödəməyən vergi ödəyicisindən Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
Vergi Məcəlləsinin 53.7-ci madəsinə əsasən isə vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən azad etmir.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın