Bolkart və Albalı kartda məbləğ baxımdan kimlərə hansı minimal və maksimal tələblər var?
Sual: Bolkart və Albalı kartda məbləğ baxımdan kimlərə hansı minimal və maksimal tələblər var?
Cavab:
Bolkart :
Ali məktəb tələbələrinə 300 AZN məbləğində Bolkart verilə bilər. Əmanətçilərə verilən Bolkartın məbləği maksimum 1000 AZN təşkil edir. Dövlət və özəl müəssisələrdə çalışan yeni müştərilər üzrə məbləğ müştərinin aylıq əməkhaqqısına əsasən (maksimum 2 misli qədər) təyin edilir və maksimum 2000 AZN ola bilər. Bankın təkrar müştəriləri üçün isə məbləğ bankdakı kredit tarixçəsinə əsasən müəyyən edilir və maksimum məbləğ hər bir halda 5000 AZN-dən artıq təşkil edə bilməz.
Albalı kart:
Minimal məbləği 100, maksimal məbləği isə 3000 AZN təşkil edir. Ayrılacaq məbləğ fərdi təhlildən sonra kredit mütəxəssisləri tərəfindən Bankda müəyyən olunur. Tələbələrə isə 200 AZN həcmində ALBALI kartı ayrılır. Təbii ki, hər zaman başlıca göstərici müştərinin gəlirləri, onun yeni və ya təkrar müştəri olması, iş yerindən aldığı arayış və onun kredit tarixçəsidir.
Mənbə: Banker.az
2 Komment
Atin 21 Dekabr 2022
Albalı kartı istəyirəm mənə dusur
Serxan 02 Mart 2023
Salam albali kart isteyirem
Şərh yazın