
Yağışda piyada gəzənlərin menyusuna.....
Su və ya palçığın yolda piyadalara qəsdən sıçradılmasına görə Sürücuyə cərimə nəzərdə tutulub?
Sual: Su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına qanunvericlikdə cərimə nəzərdə tutulub?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 155-ci “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması” adlı maddəninin 155.1.5-ci bəndinə əsasən, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına qırx manat miqdarında cərimə edilir.
0 Komment
Şərh yazın